Bakıda ağacların belə qurudurlar - RƏSMİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı informasiya haqda açıqlama yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş” verilib.
ETSN şikayətə operativ reaksiya verərək yaşıllıqların məhv edilməsinin qarşısını alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər