• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Netanyahu Rusiyanı məyus etdi

Netanyahu Rusiyanı məyus etdi
23.07.2018 23:15
İsrailin baş naziri Benyamin Netanyahu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qüdsdə görüşdə İran qoşunlarının Qolan təpələrindən geri çəkilməsi haqqında Rusiya tərəfinin təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu haqda danışıqların gedişi ilə tanış olan məmura istinadən "Röyters” agentliyi bildirib.

Məmur qeyd edib ki, Rusiyanın irəli sürdüyü təklifin mahiyyəti İran qoşunlarının atəş xəttindən 100 kilometr aparılmasından ibarət idi. Mənbənin sözlərinə görə, Netanyahu Lavrova "biz iranlılara hətta sərhəddən 100 kilometrdə möhkəmlənməyə imkan verməyəcəyik” deyib.

"Haaretz” qəzetinin yazdığına görə, ikisaatlıq görüşün gedişatında İsrail tərəfi Suriyada İran güclərinin yerləşməsinin xəritələrini nümayiş etdirib və atəş mənzili 100 kilometr olan bütün silahlar və hava hücumundan müdafiə vasitələrinin aparılmasını, həmçinin yüksək dəqiqlikli silahların istehsalının dayandırılmasını və belə silahların çatdırılmasına maneə olmaq üçün Suriya və Livanın sərhədlərinin bağlanmasını tələb edib. Netahyahu bildirib ki, Rusiyanın buna nəzarət etmək imkanları var.

Qeyd edək ki, bu gün Sergey Lavrov və Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov İsraildə bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin xəbərinə görə, görüşdə Suriyanın cənubunda terrorçuluğa qarşı əməliyyatın tamamlanması və İsrailin sərhədləri boyu təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.

"Tərəflər söhbətin gedişatında Yaxın Şərq gündəliyinin müxtəlif aspektlərini, həmçinin Suriya və onun ətrafındakı vəziyyəti müzakirə ediblər”, - xəbərdə deyilir.

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin iyulun 16-da Helsinkidə keçirdiyi görüşdən əvvəl gözlənilirdi ki, prezidentlər Suriyanın cənubunda İran gücləri və iranmeylli qrupların İsrail sərhədindən aparılması haqqında razılaşa bilərlər. "Bloomberg” agentliyi yazırdı ki, Putin regionda İran güclərinin Dəməşqə loyal qüvvələrlə əvəzlənməsi haqqında ABŞ və İsrailin təklifləriylə prinsipial olaraq razılaşıb.

Görüşdən sonra Suriya üzrə konkret razılaşmaların əldə olunduğu barədə informasiya verilmədi, ancaq Tramp bildirdi ki, İsrailə kömək etmək üçün Suriyada Rusiya ilə əməkdaşlıq etmək istəyərdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol