• $
  • £

720 manata dövlət maşını satılır

720 manata dövlət maşını satılır
24.07.2018 11:08
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, avtomobillər bir sıra dövlət qurumlarına aiddir. 

Onlar arasında ilkin qiyməti 720 manat təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsus, buraxılış ili 1994-cü il olan "QAZ-31029”, dəyəri 3525 manat təşkil edən Mərkəzi Banka məxsus, 2004-cü il buraxılışlı  "Hyundai Sonata” və dəyəri 11250 manat təşkil edən "Mercedes Benz Sprinter 314” markalı avtomobillər var. 

Hərraca təklif edilən start qiyməti bir qədər bahalı olan avtomobillər, əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir. İdarənin iki avtomobili –  buraxılış illəri 2006-cı ilə aid olan iki "BMW 730” markalı avtomobil 16875-15750 manata hərraca çıxarılıb. 

Onu da qeyd edək ki, sözügedən qurumların avtomobilləri təkrar hərraca çıxarılıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan  nəqliyyat vasitəsi üçüncü dəfə 10% endirimlə, Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri dördüncü dəfə 25% endirimlə təkrar hərraca təqdim edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol