• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Tramp jurnalisti mətbuat konfransından qovdu

Tramp jurnalisti mətbuat konfransından qovdu
27.07.2018 14:48
CNN televiziyasının "Ağ ev" müxbirlərindən olan Keytlan Kollins ABŞ prezidenti Donald Trampın onun mətbuat konfransına buraxılmaması barədə göstəriş verdiyini iddia edib.


Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb jurnalistin ona Rusiya prezidenti Vladimir Putinlə görüşünün ertələnməsi və porno ulduz Karen MkDouqala ödəniş etməsi ilə bağlı yayılan səs yazıları haqda təkidlə suallar ünvanlaması olub. 


Tramp jurnalistin suallarını uyğunsuz hesab etdiyindən cavab verməyib.


"Ağ ev" sözçüsü Sara Anders də sözügedən iddianı təsdiq edərək, jurnalistin uyğun olmayan suallar verməsi səbəbindən "Rose Garden"də keçiriləcək mətbuat konfransına qatılmasına icazə verilmədiyini qeyd edib. Lakin o, CNN-dən digər müxbirlərin konfransda iştirak edə biləcəyini də sözlərinə əlavə edib.


CNN telekanalı isə sözçünün açıqlamasını qınayaraq, bunun söz və ifadə azadlığına zidd davranış olduğunu açıqlayıb:


"Bir media nümayəndəsinin mətbuat konfransına girişini əngəlləmək media azadlığına ziddir. Daha yaxşısına layiqik".


Trampın ən çox bəyəndiyi "Fox News" kanalı da sözügedən məsələdə CNN və Kollinsin yanında yer alıb və müxbirin mətbuat konfransına qatılma haqqının olduğunu ifadə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol