• $
  • £

Sosial mənzillər yenidən satışa çıxarılır - QİYMƏTLƏR

Sosial mənzillər yenidən satışa çıxarılır - QİYMƏTLƏR
30.07.2018 16:00
 
Yaxın zamanda sosial mənzillər yenidən satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq ilə yanaşı "Ernst & Young” audit şirkətini cəlb edərək, sistemin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirib.

Bu isə o deməkdir ki, yaxın zamanda artıq sosial mənzillərin yenidən satışını həyata keçirmək mümkündür.

Mia.az-ın məlumatəna görə, bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, mənzillərə müraciət mexanizmi və qiymətlər dəyişməyib:

"Belə ki, yenə də ilk seçim edənlər mənzilə sahib olacaq. Qiymətlərə gəldikdə isə ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti- 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq”.

Ekspert bildirib ki, xarici perimetr üzrə 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq:

"Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər. Mənzillər mərhələli şəkildə satışa çıxarılacaq. Bütövlükdə, Yasamalda 2 minə yaxın sosial mənzilin satışı nəzərdə tutulub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol