• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Avqustun 24-də müharibə başlaya bilər

Avqustun 24-də müharibə başlaya bilər
28.05.2020 23:25
"Rusiyayönlü döyüşçülər Donbasda təmas xəttinə hərbi texnikanı cəlb edirlər. Bu, onunla izah olunur ki, işğal edilmiş regionlardakı indiki vəziyyət Rusiya prezidenti Vladimir Putini qane etmir və xüsusi halda, Ukraynaya qarşı yeni təxribatlar hazırlayaraq, vəziyyəti dəyişdirmək üçün yollar axtarır”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Silahlı qüvvələrinin baş qərargahının sabiq başçısının müavini general-leytenant İqor Romanenko "Apostrof” nəşrinə bildirib.

General vurğulayıb ki, Rusiya avqustun 24-nə (avqustun 24-ü Ukraynanın müstəqilliyinin ildönümüdür –red.) hazırlaşır.

"Putin müxtəlif hadisələri təşkil etməyi sevir. Məsələn, Rusiyada Olimpiya oyunları və dünya çempionatını keçirməyi, həmçinin qonşunun bayramını korlamağı. Putində Ukrayna üzrə hələ heç bir dəqiq mövqe formalaşmayıb. Krım üzrə mövqe məlumdur. Şərqdə isə Putin Minsk razılaşmalarında nəzərdə tutulmayan referendumu təklif edərək nəyisə dəyişdirmək istəyir. Aydındır ki, işğal edilmiş regionlardakı indiki vəziyyət Putini qane etmir, onlar yalnız mənəvi və diplomatik deyil, həmçinin maliyyə və iqtisadi itkilərlə üzləşirlər. Putinin referendum haqqında təklifi onu göstərir ki, o, Minsk razılaşmalarını dolayısilə dağıdır. Beləliklə, cəbhə xəttində hərbi güclərin niyə cəlb olunduğu barədə sual cavabını tapır”, - general vurğulayıb.

İqor Romanenkonun sözlərinə görə, Ukrayna hazırlaşmalıdır ki, yeni genişmiqyaslı əməliyyatların başlanması Rusiya üçün qəbuledilməz olsun:

"Mən demirəm ki, Putin hücuma başlayacaq, amma Rusiya hərbi potensialını lazımı səviyyəyə qədər qaldıraraq yeni qruplaşmaları formalaşdırır. Və o, öz hədəflərinə siyasi və ya diplomatik üsullarla nail olmasa, onda hərbi addıma gedəcək. Bu variantlardan biri Ukraynanın Müstəqilliyi Günündə zərbə endirilməsidir. O, düşmənin bayram tədbirlərini korlamaq istəyir. Putin referendum üzrə mənfi cavab aldı və addımbaaddım hərəkət edərək indi vəziyyəti təhlil edir. Payıza qədər kəskinləşmə mümkündürmü? Lokal döyüşlər, əlbəttə ki, olacaq. Amma genişmiqyaslı döyüşlər üçün hələ ki əsas yoxdur. Putini yeni tammiqyaslı müharibəyə getməyə nə məcbur edəcək? Əgər Putin görsə ki, Ukrayannın daxilində hansısa yumşalma olacaq, onda o bundan mütləq istifadə etmək istəyəcək. Bu halda, Putin ölkəmizin cənub regionlarını tutmağa çalışacaq. Biz güclü olmalıyıq və rusiyalılara özümüzü zəif göstərməməliyik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol