Bakıda "Caspian Plaza" yanır - Hadisə yerindən VİDEO+FOTO
Virtualaz.org-un verdiyi son məlumata görə, "Caspian Plaza” iş mərkəzində baş vermiş yanğın söndürülüb.
* * *11:48
İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində qısaqapanma olub.
Tüstünün binanın bütün mərtəbələrini əhatə etdiyi bildirilir.
Virtualaz.org-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
* * *11:31
Virtualaz.org-un əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən "Caspian Plaza” iş mərkəzində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
İş mərkəzində çalışanlar təxliyyə edilib.
Əlavə məlumat verəcəyik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər