• $
  • £

Prezident nekroloq imzaladı

Prezident nekroloq imzaladı
31.07.2018 13:49
Azərbaycan prezidenti İlham Əliyev görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadənin ölümü ilə bağlı nekroloq imzalayıb.

"Qafqazinfo” xəbər verir ki, nekroloq ölkə başçısı, vitse-prezident, Baş nazir və digər rəsmi şəxslər tərəfindən imzalanıb:

"Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib.

Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Arif Məlikov

Fidan Qasımova

Tofiq Bakıxanov

Rauf Abdullayev

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol