• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Dövlət vergi orqanlarına işə qəbul başa çatıb

Dövlət vergi orqanlarına işə qəbul başa çatıb
29.05.2020 00:00
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə başa çatıb.

Vergilər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, sayca 14-cü olan müsabiqədə iştirak etmək üçün 1734 nəfər müraciət edib, 214 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığına, xaricdə təhsil almış namizədlərin ali təhsil haqqında sənədlərinin müvafiq qaydada təsdiqlənmədiyinə və qanunvericiliyə uyğun olaraq digər səbəblərə görə qəbul edilməyib. Müraciəti qəbul edilən 1520 nəfər 26 may 2018-ci il tarixdə müsabiqənin test imtahanı mərhələsində iştirak edib. Namizədlərdən 139 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb və ümumi dünyagörüşü, şəxsi keyfiyyətləri, vergi orqanlarında xidmətə yararlı və layiqli olub-olmaması yoxlanılıb. Müsahibə mərhələsini 88 nəfər müvəffəqiyyətlə keçib.

Bundan əlavə, Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumuna və "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə görə "sürətli işə qəbul” proqramı çərçivəsində SABAH qruplarında və Dövlət Proqramı çərçivəsində xaricdə müvafiq ixtisaslarda təhsil almış vətəndaşlar dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı mərhələsindən azad olunaraq birbaşa müsahibə mərhələsində iştirak ediblər.

Test imtahanından azad olunmaqla müsahibə mərhələsində iştirak etmiş 106 nəfər namizəddən 44 nəfər, ümumilikdə isə 132 nəfər müsahibə mərhələsində müvəffəqiyyət qazanaraq kadr ehtiyatına daxil edilib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
İqtisadiyyat 14:59
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol