• $
  • £

Erməni siyasətçidən sensasion bəyanat: “Azərbaycanın torpaqlarını işğal etmişik”

Erməni siyasətçidən sensasion bəyanat: “Azərbaycanın torpaqlarını işğal etmişik”
01.08.2018 13:51
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sədrlik etdiyi "Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan jurnalistlərlə keçirdiyi görüşdə sensasion bəyanat verərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın işğal etdiyi ətraf 7 rayonun Azərbaycana geri qaytarılmalı olduğunun vacibliyini bidirib.

AzVision.az xəbər verir ki, Tadevosyan ətraf 7 rayonun Qarabağa aid olmadığını və Ermənistanın həmin əraziləri işğal etdiyini etiraf edib: 

"Biz Qarabağ müharibəsi zamanı ələ keçirilmiş bu torpaqları "azad edilmiş” adlandırırıq. Amma bu auditoriyada oturan hər kəs yaxşı bilir ki, həmin ərazilər işğal olunub”.

Lakin xanım siyasətçinin bu etirafı zalda əyləşən erməni jurnalistlərini hiddətləndirib. Jurnalistlərin "onda bu bəyanat o deməkdir ki, həmin ərazilər işğal edilib?” sualına Tadevosyan əks-sualla "Bəs bu torpaqlar ermənilərindir ki?” cavabını verib. 

Erməni siyasətçi daha sonra əlavə edib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli ərazilərin qaytarılmasını tələb edirsə, o zaman İrəvan bununla razılaşmalıdır. "Heç kim məndən inciməsin, çünki bu problemi mən həll etmirəm. Bu məsələ hər zaman həmsədrlər tərəfindən ortaya qoyulub və o cümlədən, danışıqlar masasında da müzakirə edilib. Söhbət işğal edilmiş ərazilərin qaytarılmasını nəzərdə tutan nizamlanmadan gedirsə, onda əlbəttə ki, bu, düzgün addımdır. Əgər bütün ölkələr münaqişənin həllini bunda görürsə, biz də razılaşmalıyıq”, – deyə Tadevosyan bəyan edib. 

Jurnalistlər siyasətçinin dediklərinə irad tutaraq vurğulayıblar ki, erməni tərəfi Qarabağ ətrafındakı 7 rayonu işğal edilmiş yox, azad olunmuş hesab edir. Zoya Tadevosyan isə iradlara cavabında "Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə bu məsələdə başqa cür düşünür – həmin əraziləri işğal edilmiş adlandırır”- deyib. 

Lakin xanım siyasətçinin həqiqəti əks etdirən arqumentləri jurnalistlərin qəzəbini soyutmayıb. Onların "Qarabağ xalqının fikrini soruşmusunuz?” sualına Tadevosyan "Mən heç kimdən heç nə soruşmuram, hamıya məlum olan faktı təsdiq edirəm”- cavabını verərək jurnalistləri susdurub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol