• $
  • £

Xərçəng xəstəliyindən əməliyyat olunan "Toppuş bacı" danışdı

Xərçəng xəstəliyindən əməliyyat olunan
01.08.2018 14:02
Ötən gün xərçəng xəstəliyindən əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva artıq palataya köçürülüb.

Əməkdar artist primetime.az-a hazırkı durumu ilə bağlı açıqlama verib: "Əməliyyat yaxşı keçdi. Neçə saat davam etdiyini bilmirəm. Ona görə ki, palataya indi düşmüşəm. Çıxandan sonra hamısını öyrənəcəm. Amma özüm yaxşıyam. Yaxşı baxırlar mənə. Hər şey əladır”.

Aktrisa dedi ki, o xərçəng xəstəliyinə tutulmasını tam təsadüf nəticəsində öyrənib : "Mən tam fərqli bir problemlə bağlı həkimə müraciət etmişdim. Həkim elə orada dedi ki, səndə uşaqlıq boynunda şiş var. Mərkəzi Gömrük Hospitalında şişdən nümunələr götürülüb əkildi. Dedilər xərçəngsən” - deyə aktrisa bildirib.

Xəstəlik aşkar ediləndən sonra Tünzalə Əliyeva millət vəkili Qənirə Paşayevaya müraciət etdiyini dedi: "Qənirə xanıma mənə kömək etməsi üçün müraciət etdim. O da Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru Cəmil Əliyevlə danışdı. Mərkəzin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev məni əməliyyat etdi. Hazırda şişdən nümunələr götürülüb, əkilib. 14 gündən sonra dəqiq bilinəcək ki, kimyaterapiya, şüa olunacaq ya yox. Həkim sadəcə onu dedi ki, şiş bədxassəli olsa da əsas odur metastaz verməyib. Sizin dualarınız mənə yetər. Sizin sayənizdə mən sağlam oluram”-deyə əməkdar artist əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol