• $
  • £

Bu sürücülər cərimələnəcək - Yol polisindən XƏBƏRDARLIQ

Bu sürücülər cərimələnəcək - Yol polisindən XƏBƏRDARLIQ
29.05.2020 01:46
İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

BiG.AZ xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.

V.Əsədovun sözlərinə görə, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur: "Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər. Diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar".

Bölmə rəisi qeyd edib ki, bu qədər müddətdə sürücülər texniki baxışdan keçməyə gəlmirdilər: "İndiyə qədər sürücülər texniki baxışdan keçməyə əhəmiyyət vermirdilər, lakin indi gəliblər texniki baxışdan keçməyə. Çox güman ki, texniki baxışdan keçməyən avtomobillərlə bağlı kameralar vasitəsilə elektron qərarın qəbul edilməsi sürücüləri məcbur edir ki, texniki baxışdan keçsinlər. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq".

Qeyd edək ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol