• $
  • £

Adnan Oktar sözləri ilə şoka saldı

Adnan Oktar sözləri ilə şoka saldı
02.08.2018 10:29
Türkiyədə din xadimi kimi tanınan və qeyri-qanuni təşkilat yartamaqda ittiham edilən Adnan Oktarın polisə verdiyi ifadə ortaya çıxıb.

"Adnan hoca” ona qarşı qaldırılan iddiaları təkzib edib.

Onun 164 səhifəlik ifadəsində "Hər hansı bir şirkətim yoxdur. Sadəcə yazarlıqla məşğulam. Aylıq 3000-3500 TL pul qazanıram. Mənə qarşı qaldırılan ittihamlar yalandır. Heç bir bank hesabım yoxdur. Anam yaşayır. Bəzən ondan xərclik alıram. Biz cinayət təşkilatı deyilik. Yaxşı niyyətli dost qrupu ilə yaşayırıq və mən Mehdi peyğəmbər deyiləm” sözləri diqqət çəkib.
 
O, təşkilatda geniş yayılan siğə və nikahlar və təhrif olunmuş İslam dini barədə bağlı verilən sualları belə cavablandırıb:

"And içməyə gərək yoxdur. Müsəlman demək bir-birini qoruyan və bir-birinin arxasında duran insan deməkdir. Bu, onsuz da, Allaha and içməkdir. Təşkilatda imam nikahlarının həyata keçirilməsini da qəbul etmirəm. Mənimlə tanış olub ayrılan 8000 insan var. İslamda təzyiq, məcburiyyət yoxdur. İstəyən gələr, istəyən gəlməz. Xaricdə isə fəaliyyət göstərməmişəm. Oradakı fəaliyyətimiz tələbələrimin könüllü şəkildə kitablarımı tərcümə edib yaymasından ibarətdir. Yazmaqdan vaxtım qalmadığı üçün belə işlərlə məşğul olmuram. Bunlar müstəqil xeyriyyə işləridir”.

Qeyd edək ki, Adnan Oktar və onun təşkilatına qarşı 20-dən çox ittihamla cinayət işi açılıb. O, cinayət təşkilatı qurmaqda, azyaşlılara cinsi təcavüz, qadın alveri, çirkli pulları yumaq və başqa cinyətlərdə ittiham edilərək həbs edilib. İstintaq əməliyyatları çərçivəsində 169 nəfər saxlanılıb.

mənbə: publika.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol