• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Sərkisyan istintaqa çağrılır? - Xaçatryan

Sərkisyan istintaqa çağrılır? - Xaçatryan
02.08.2018 23:18
Ermənistan Xüsusi İstintaq İdarəsinin rəhbəri ölkədə konstitusiya quruluşunun devrilməsi işi üzrə sabiq prezident Serj Sərkisyanın və sabiq baş nazir Ovik Abramyanın istintaqa çağırılacağını istisna etmir.
 
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Xaçatryan danışıb. O bunları deyib: "İstintaqa çağırılmanın zəruriliyini müstəntiq müəyyənləşdirir. Mən bir neçə dəfə demişəm ki, əgər hər hansı vəzifəli şəxs dəyərli məlumat verə bilərsə, o, sorğu-sual ediləcək”.
 
2008-ci il 1 mart etiraz aksiyalarının dağıdılması barədə cinayət işi çərçivəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryana, sabiq müdafiə naziri Mikael Arutyunyana və 2008-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın başı katibi Yuri Xaçaturova Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.
 
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkilərində Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Serj Sərkisyana uduzduqdan sonra Yerevanın mərkəzində mitinq keçirərək səsvermənin rəsmi yekunlarına etirazını bildirib. Martın 1-2-də keçirilmiş aksiyalarda mitinqçilərlə asayiş keşikçiləri arasında qarşıdurmada on nəfər ölüb, 200-dək insan yaralanıb.
 
Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan o zaman Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü və etiraz aksiyalarının fəal iştirakçılarından biri idi. O, hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş və 2009-cu ildə hökumətə təslim olmuşdu. 2010-cu il yanvarın 19-da Yerevan məhkəməsinin qərarı ilə Paşinyan kütləvi iğtişaşlar təşkil etdiyinə görə 7 il azadlıqdan məhrum edilib, 2011-ci ildə amnistiyaya əsasən azadlığa buraxılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol