• $
  • £

Koçaryan Qarabağı qarışdırdı

Koçaryan Qarabağı qarışdırdı
29.05.2020 00:31
Ermənistanda keçmiş prezident Robert Koçaryanın həbsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qarışıqlığa səbəb olub.

Publika.az xəbər verir ki, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən yaradılan qondarma rejim Koçaryanın həbsinin daxili qarşıdurmaya səbəb olacağını hesab edir.

Qarabağda qondarma rejimin "parlamentinin” "deputatı” Vardqes Baqryan bildirib ki, "Koçaryan təkcə Ermənistanın ikinci prezidenti yox, həm də Qarabağın "birinci prezidenti” və "qəhrəmanıdır”.

Lakin İrəvanda qondarma rejimə qarşı çıxanlar var.


"Sasna Srer” qruplaşması isə "Koçaryanın həbsinin Qarabağ baxımından vacib olduğunu” bəyan edib.

"Heç kim Koçaryanın 2006-cı ilin 28 sentyabrında "Əl-Cəzirə” telekanalına dediyi "Qarabağın inzibati sərhədlərindən kənar torpaqlar var və bu ərazilər erməni qoşunları tərəfindən müharibədə əldə edilib. Biz dəfələrlə bildirmişik ki, Ermənistan və Qarabağ arasında dar Laçın dəhlizindən başqa digər ərazilərin Azərbaycana qaytarılmasını müzakirə edə bilərik” fikirlərini unutmasın", - qruplaşma Koçaryanın həbsini dəstəkləyib.

Keçmiş deputat Vaqan Badasyan iddia edir ki, Qarabağda ermənilər Koçaryanın şəxsində Levon Ter-Petrosyan rejiminin davamını hiss edirlər.

Badasyan Kİ-Uest görüşündə Koçaryanın Azərbaycan Prezidenti Heydər Əliyevlə Qarabağ müzakirəsini xatırladıb: "Koçaryan Ermənistanı Qarabağa birləşdirən dar Laçın dəhlizindən savayı bütün ərazləri Azərbaycana qaytarmağa hazır idi”.

Erməni ekspertlər hesab edirlər ki, İrəvandan fərqli olaraq İrəvandan fərqli olaraq Koçaryanı dəstəkləyənlər çoxdur. Qarabağdakı rejim Koçaryanın həbsinə görə Paşinyanın əleyhinə çıxa bilər. Bu isə gələcəkdə ciddi təhlükə yarada bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol