• $
  • £

Hərəkətdə olan avtobusun sürücüsü narkotik istifadə edərkən saxlanıldı

Hərəkətdə olan avtobusun sürücüsü narkotik istifadə edərkən saxlanıldı
03.08.2018 15:15
Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.

Anews.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, iyulun 29-da Əhmədov Natiq Vaqif oğlu "İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman qaranlıq vaxtı uzaq vuran işıqlardan istifadə etdiyi üçün Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Patrul Xidməti (YPX) inspektoru Tural Həsənov tərəfindən saxlanılıb. 

Yoxlama zamanı sürücü Natiq Əhmədovda sərxoşluq əlamətləri özünü aşkar büruzə verdiyindən o, tibbi müayinəyə dəvət olunub. Tibbi müayinə zamanı N.Əhmədovun narkotik vasitə (THC OPİ) qəbul edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi təsdiq olunduğundan "İsuzu” markalı, 90-RB-454 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarə etmədən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib, habelə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.5-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. 

N.Əhmədov barəsində Məcəllənin 334.5-ci maddəsi üzrə toplanan material aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Əhmədovun 3 ay müddətinə inzibati qaydada həbs olunmasına dair iş üzrə qərar qəbul edilib.

Həmçinin araşdırma zamanı müəyyən olunub ki, Natiq Əhmədov bu ilin fevral ayının 28-də analoji hüquqpozmaya yol verdiyinə görə saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə Məcəllənin 334.1-ci maddəsi üzrə təqsirli bilinərək 10 gün müddətinə həbs olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol