• $
  • £

Moskva Paşinyanı cəzalandırmağa hazırlaşır

Moskva Paşinyanı cəzalandırmağa hazırlaşır
29.05.2020 07:29
Avqustun ortalarında Ermənistanda yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişinin 100 günü tamam olacaq. Paşinyan bu müddət ərzində özünün Qərbə yaxınlaşmaq meylini gizlətmədən, Kremlin geosiyasi və qeostrateji maraqlarının zərərinə apardığı siyasətlə Rusiya ilə münasibətləri korlamağa vaxt tapıb. Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçı rejimin erməni-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıq prosesində iştirakının zəruriliyi haqda onun dəfələrlə verdiyi bəyanatlar Moskvanın, Vaşinqtonun və Parisin vasitəçilik səylərini dalana dirəyir.

Bu günlərdə, kütləvi etiraz aksiyalarının dalğasında onu hakimiyyətin zirvəsinə gətirən narazı elektorata tərəf reverans edərək N.Paşinyan öz tərəfdarlarını 17 avqustda Yerevandakı İnqilab meydanında keçiriləcək mitinqə gəlməyə çağırdı. Xalq kütlələri ilə canlı təmas qurmaq, danışmaq qərarını o bununla izah etdi ki, əhali ilə mitinqlərdə görüşmək və Ermənistanın sonrakı taleyini onunla müzakirə etmək üçün çox darıxıb.

Ermənistanın yeni baş nazirinin idarəçiliyinin ilk aylarını təhlil edən Proqressiv Siyasət Fondunun (Rusiya) eksperti Mixail Qolovanov virtualaz.org-a bildirib ki, Nikol Paşinyanın hərəkətləri Kremldə güclü qıcıqlanma yaradır.

"Xalq tribunu yumşaq iradəli idealist olmadı, hansı ki, KİV onu məhz o cür qələmə verirdi. O özünü sərt və ardıcıl, çoxillik tabuların üstünə asanlıqla gedən siyasətçi kimi göstərdi. Baş nazir əsl populist kimi öz hərəkətlərində birbaşa xalq kütlələrinə üz tutur və sözsüz ki, gələcək "100 gün mitinqində” də o, korrupsiyanın məhv edilməsi üzrə kampaniyanı davam etdirmək üçün məhz ondan mandat alacaq. Baş nazirin dəstəyinin ikinci nöqtəsi güc strukturlarının ac orta təbəqəsidir, hansı ki, Paşinyanın "xalq düşmənlərinə" qarşı mübarizədə sadiqliyi onlar üçün cəlbedici karyera perspektivləri açır", - deyə M.Golovanov vurğulayıb.

Onun sözlərinə görə, Moskvada, korrupsiya ilə mübarizə adı altında Rusiya dairələrinə sadiq adamlara qarşı Paşinyan tərəfindən aparılan "təmizləmədən” ciddi şəkildə narahatdırlar.

"Problem ondadır ki, Qarabağ klanına qarşı repressiyalar, hər şeydən əvvəl Köçəryanın həbsi və Xaçaturova təzyiq, Kremldə, bəyan edilən korrupsiya ilə mübarizənin təzahürü kimi yox, yüksək elit təbəqədə Rusiyayönlü elementlərin şüurlu təmizləməsi kimi qəbul edilir. Bundan əlavə, 10 il əvvəl baş verən hadisələrə görə üst təbəqə rəhbərliyinin həbsi Rusiya elitası üçün çox ağrılıdır və birbaşa Ukraynanı xatırladır",- deyə ekspert qeyd edib.

O, güman edir ki, "Paşinyanın hərəkətlərinə Kreml tərəfindən passiv müşahidə dövrü başa çatıb və tezliklə bunun "tərsi" başlayacaq”

"Artıq Ermənistana 100 milyon dollarlıq silah göndərilməsi üçün kredit ayrılmasının  dayandırılması barədə xəbərlər sızdırılır. Və bu yalnız başlanğıcdır. İki müttəfiq arasındakı əlaqələrin nə qədər soyuyacağı Paşinyanın dayanma xəttini nə qədər qısa müddətdə tapacağına bağlıdır", - M.Golovanov bildirib.
Ekspert Nikol Paşinyanla Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin siyasəti arasında paralellər aparıb.

"Məsələ ondadır ki, Paşinyanın komandası Qərb xüsusi xidmət orqanları tərəfindən necə süzgəcdən keçirilib, diaspora sponsorları qarşısında hansı öhdəlikləri var, Karapetyan qrupunun və Moskva Erməniləri İttifaqının  qərarların qəbul olunmasına təsir gücü nə dərəcədədir. Hələ ki baş nazir özünü kifayət qədər sərbəst aparır, sanki Qərbdə yaxşı dəstəyə malikdir.

Bununla bağlı Saakaşvili ilə müqayisə tələb olunur, amma mən birbaşa analogiyaların aparılmasına tələsməzdim. Amerikalılar tərəfindən bəslənən Saakaşvilidən fərqli olaraq, Paşinyan kifayət qədər müstəqil insandır və təsadüfi deyil ki, o,  Köçəryanın həbsindən sonra eyni zamanda həm Moskvadan, həm də ABŞ Dövlət Departamentindən xəbərdarlıq aldı", - M.Qolovanov xatırladıb.

Onun sözlərinə görə, bununla əlaqədar Dağlıq Qarabağda münaqişənin nizama salınması problemi həqiqətən gözlənilməz yön ala bilər, "əgər yeni erməni lideri regional sülh yaradan böyük dövlətlər qarşısında oynamaq istəyəcəksə".

"Paşinyan baş nazirliyinin 100 gününün  nəticələrinə görə "möhkəm qoz” çıxdı: həm xarici, həm də daxili güclər üçün. Qıcıqlandırılmış xalqa və güc aparatına söykənərək, Paşinyan klanların fəallığını nəzarət altında saxlamağa və ölkəni birləşdirməyə cəhd edəcək. Amma əgər o, Qərblə oyunlarla maraqlanacaqsa, onda Moskvanın Bakıya tərəf bir-iki reverans etməsi kifayətdir ki, buna görə Yerevanda çox təəssüflənsinlər", - M.Qolovanov fikrini yekunlaşdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol