• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Güzəştli evlərin satışı ilə bağlı ŞAD XƏBƏR

Güzəştli evlərin satışı ilə bağlı ŞAD XƏBƏR
06.08.2018 10:34
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib.

Bu barədə anews.az-a Dövlət Agentliyindən məlumat verilib.

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak ediblər.

"Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin, şəffaflığın və operativliyin yaradıldığı diqqətə çatdırılıb. Həmçinin Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli Fərmanından irəli gələn məsələlərdən danışıb. Bildirib ki, elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, habelə "Elektron hökumət” portalının idarə olunması və fəaliyyətini təmin etmək, o cümlədən təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi Dövlət Agentliyinə həvalə edilib. Qeyd olunub ki, "Güzəştli mənzil” sisteminin işində yaranmış problemin həlli məqsədilə Dövlət Agentliyinin təşəbbüsü ilə müvafiq qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda "Elektron hökumət” portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması üzrə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb, iştirakçı tərəflərlə birgə müxtəlif xarakterli testlər keçirilib, mümkün problemlər müəyyənləşdirilərək aradan qaldırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov "Güzəştli mənzil” elektron sistemində istifadəçilər üçün yaradılmış imkanlar barədə məlumat verib, eyni zamanda Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.gov.az internet saytı barədə təqdimat edib. Bildirilib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.

İctimai Şuranın koordinatoru Osman Gündüz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb.

Sonda mümkün problemlər və onların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, suallar və təkliflər dinlənilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol