• $
  • £

Anar Nağılbazı kim öldürdü?

Anar Nağılbazı kim öldürdü?
06.08.2018 16:58
Aylar əvvəl Azərbaycan repinin atası sayılan, ölkəyə okeanın o tayından yeni stil, yeni janr gətirən Anar Nağılbazın şəxsi həyatına aid videogörüntülər yayılmışdı. Bu görüntülərin nədən ibarət olduğunu danışmağa gərək yoxdur. Əslində, danışacağımız tək şey bir insanın özəl həyatını lentə alıb, mədəniyyətin can verdiyi bir cəmiyyətin qınağına təqdim edərək, ölüm fərmanını imzalayanlar olmalıdır.

"Əxlaq” deyəndə ağlımıza ancaq kişi-qadın münasibətindəki "müqəddəs” sərhədlər gəlir və bu sərhədlər vicdanımızın gözünü elə kor edir ki, əxlaq anlayışının insan cismində deyil, ruhunda, mənəviyyatında olduğunu görə bilmirik. Əgər görə bilsəydik, ən böyük əxlaqsızlığın hansısa hadisənin necə yaşanmasında deyil, necə təqdim edilməsində olduğunu anlayardıq.

İki gündür ki, hamı Anar Nağılbazın ölümündə günahkar axtarır, hamı kimisə, nəyisə təqsirkar bilir, ittiham edir. Ölüm hamının başına gələcək bir həqiqətdir, bundan qaçış yoxdur. Qaçışı olmayan həqiqətlərdəsə günahkar axtarmaq mənasızdır.

Ancaq mütləq bir "günah keçisi” olmalıdır. Ən azı ona görə ki, bu ölümə az-çox səbəbkar olanlar, özlərinə təsəlli verə bilsin. Mənsə düşünürəm ki, günah elə mərhumun özündə idi. Anar, sən mentalitetin meydan suladığı bir dövrdə - doxsanıncı illərdə Amerika mədəniyyətini bu gün səni daş-qalaq edən cəmiyyətə gətirən adam idin. O vaxtlar "Küçə qadını”, "Fahişə” treklərini səsləndirəndə necə reaksiyayla qarşılaşacağın heç vecinə də deyildi. Bax, niyə iyirmi il öncə yad bir mədəniyyəti ölkəyə gətirməyə çalışdığın halda, iyirmi il sonra öz cəmiyyətinin mədəniyyətinə, ya da mədəniyyətsizliyinə məğlub olasan?

Kaş bu qədər sarsıntı keçirmək yerinə, çıxıb bircə dəfə deyəydin ki, "hər kəs özünə baxsın, nə yaşamışam, əcəb eləmişəm”.

Adətən biz öyrəşmişik ki, yıxılana təpik vuraq, baltalayaq. Sənsə yıxılmamışdın, vallah, yıxılmamışdın. Sən o gün özünü yıxılmışlığa vurdun, bizlər də yeyib bitirdik səni.

İndisə canı-könüldən rəhmət oxuyuruq: Ruhun şad olsun!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol