• $
  • £

Hepatit xəstəliyindən dünyasını dəyişən məşhurlar - SİYAHI

Hepatit xəstəliyindən dünyasını dəyişən məşhurlar - SİYAHI
07.08.2018 10:16
Bir dönəm var idi ki, hepatit bəzi xəstəliklər kimi sağalmaz hala çevrilmişdi. Müasir dövrdə onun da müalicəsi tapılıb. Tapılıb, ancaq təəssüf ki, bu xəstəliyə görə baş verən ölüm hallarına hələ də tez-tez rast gəlirik. Bu amansız xəstəlikdən dünyasını dəyişən məşhurlar da var.

Metbuat.az onlardan bəzilərini təqdim edir:
Xalq artisti Yaşar Nuri uzun sürən Hepatit xəstəliyindən sonra 2012-ci ildə Bakı şəhərində Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Aşıq Azər Xanlaroğlu Hepatit xəstəliyi ilə mübarizə aparsa da, mümkün olmayıb.

Hepatitin bizdən aldığı istedadlı adamlardan biri də hamının "Ələkbər əmi” kimi tanıdığı Ələkbər Hüseynovdur. Dövlət kukla teatrının rejissoru, bütün uşaqların sevimlisi...

Tanınmış jurnalist Məmməd Nazimoğlu 2008-ci ildə vəfat edib. Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar həmin il mayın 23-də İstanbuldakı Memorial Xəstəxanasına aparılıb. Orda müayinə və müalicə kursu keçəndən sonra vətənə qayıdan jurnalistin yoluxmuş olduğu Hepatit C xəstəliyindən müalicəsi mümkünsüz olub.

2010-cu ilin martında tanınmış jurnalist İbrahim Bayandurlu Hepatit C xəstəliyindən vəfat edib. O, qara ciyərin serrozu, qara ciyər qapı venasının genişlənməsi, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.

2010-cu ildə xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə 62 yaşında vəfat edib. Mədəsində və on ikibarmaq bağırsağında xora olmasına baxmayaraq, eyni zamanda Hepatit C-dən əziyyət çəkən aktyor məlumatsızlıq və müalicəsizlik şəraitində dünyasını dəyişib.

Müsavat Partiyasının üzvü, siyasi aktivist Nərgiz Yaqublu xeyli müddət Hepatit C xəstəliyindən əziyyət çəkib. O, Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. Nərgiz Yaqublu vəfat edəndə hamilə idi. Həkimlər gənc xanımın körpəsini xilas etsə də, ananın həyatını qurtarmaq mümkün olmayıb.

Məşhur şair, rəssam Adil Mirseyid da bu xəstəlikdən dünyasını dəyişib.

"Qremmi” mükafatının 9 qat qalibi Natali Koul 2008-ci ildən Hepatit C dən əziyyət çəkib. 2015-ci ildə bu xəstəliklə mübarizə aparsa da, dünyasını dəyişib.

Məşhur aktrisa Veronika Lake də Hepatitdən dünyasını dəyişib.

Rey Çarlz soul janrında lider olan amerikalı musiqiçi idi. Narkomaniya və alkoqolizmlə keçirdiyi illərdən sonra, Çarlz iyunun 10-da, 2004 cü ildə qaraciyər çatışmazlığı və Hepatitlərin nəticəsində dünyasını dəyişib.

Məşhur aktrisa Kloya Jones iyunun 4-də, 2005-ci ildə, 29 yaşında qaraciyər çatışmazlığı nəticəsində dünyasını dəyişib.

"Saat 4-də Anar Nağılbazı iki tanışıyla söhbət edərək evlərinə tərəf gedəndə gördüm" - Tanınmışlar Anar Nağılbaz haqqında - Oxumaq üçün tıkla

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol