• $
  • £

Anar Nağılbazla bağlı film çəkiləcək

Anar Nağılbazla bağlı film çəkiləcək
07.08.2018 13:16
Bir neçə gün bundan qabaq dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.

Bu barədə fikirlərini Modern.az-la bölüşən Rizvan Cəbiyev bundan sonrakı ömrünü oğluna həsr edəcəyini deyib.

"Anarla bağlı bir film çəkilməsini istəyirəm. Fikrim var ki, ssenarini ya mən, ya dostlardan kimsə hazırlasın. Hətta, çəkiləcək filmin adına qədər fikirləşmişəm. Hamının tanıdığı və heç kəsin görmədiyi Anar. Bu formada sənədli filmin gerçəkləşməsini istəyirəm. Onun kitablarının da nəşr olunmasını istəyirəm. Bu gündən sonra nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm. Mütləq şəkildə oğlumu reabilitasiya etmək istəyirəm. Anar bu cəmiyyətdən yaralı və nigaran getdi. Ona görə də bunları etmək atalıq borcumdur”.

Rizvan Cəbiyev oğlunun övladlarını evinə gətirmək məsələsinə də toxunub.

"Uşaqların anası var. İstəsəydim, zamanında istənilən formada uşaqları geri alardım. Amma uşaq ananın yanında olar. Uşaqları çox sevən anaları var. Ana qucağı uşaq üçün hər şeydir. Vətənə də ana deyirlər. Bu söz boşuna deyilmir. Hər şeydən öndə anadır. Pis odur ki, uşaqların anası onları bizimlə görüşdürməyə razı olmur. Düşünürəm ki, onu da hüquqi formada yoluna qoyacağıq. Çünki o uşaqlar bizim qanımızdır. Ürəyim çox istəyir ki, o uşaqları görüm. Anarın qoyub getdiyi iki əsər var. Biri yazılı əsərdir, digəri isə Allahın göndərdiyi əsərdir. Uşaqlar Anarın ən böyük əsəridir”

Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk repçisi sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə təmsil edib. İlk albomunu 1996-cı ildə buraxıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol