• $
  • £

Millət vəkili “Azərişıq”ı yıxıb-sürüdü

Millət vəkili “Azərişıq”ı yıxıb-sürüdü
07.08.2018 15:12
"Bu məsələni araşdıraraq, işıq pullarının niyə bu qədər çoxaldığını müəyyənləşdirmək mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında "Azərişıq”ın ötən ay sərf edilmiş elektrik enerjisinə görə abonentlərə göndərilən borc qəbzlərində ödəniləcək məbləğin şişirdildiyinə dair iddialara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, abonentlərə real enerji sərfiyyatının dəyərindən xeyli artıq borc yazılması vətəndaşlara qarşı soyğunçuluğun bir formasıdır:

"Son günlər vətəndaşların bununla bağlı şikayətlərinin artdığını görürük. Çox sayda insan iddia edir ki,onlara göndərilmiş işıq puluna görə ediləcək ödənişin məbləği xeyli şişirdilib.

Eyni zamanda, mənim özümə göndərilmiş qəbzdə göstərilmiş məbləğ də əvvəlki ayla müqayisədə kifayət qədər çoxdur. Baxmayaraq ki, bizdə elektrik enerjisi sərfiyyatı sabit olub.

Abonentlərin deyilən məsələ ilə bağlı şikayətlərinin kütləviliyinə əsaslanıb deyə bilərəm ki, bu, vətəndaşlara qarşı soyğunçuluğun başqa bir formasıdır. Doğrudur, hazırda bunu sübut edən hansısa fakta malik deyilik. Ancaq dediyim kimi, şikayətlərin kütləviliyi məsələyə ciddi yanaşmağı tələb edir.

Əlbəttə ki, əgər borc məbləğlərində şişirdilmə varsa, bu məsələ araşdırıla bilər. Fikrimcə, ixtisaslaşmış QHT-lər bu işlə məşğul olaraq, konkret nəticəyə gələ bilərlər”.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə "Azərişıq”ın ötən ay üçün abonentlərə göndərdiyi borc qəbzlərində məbləğin şişirdildiyi haqda şikayətlər geniş yayılıb. Onların arasında bır sıra tanınmış simalar da var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol