• $
  • £

Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab

Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab
08.08.2018 11:01
Bir müddət öncə Bakıya təzyiq göstərməyin vacib olduğunu bildirən Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün fərqli açıqlama verib: "Peace...”

"Qadınlar sülh naminə” tədbirində çıxış edən zaman o, azərbaycanlı analara müraciət edib və riyakarcasına bəyan edib ki, Qarabağ münaqişəsinin necə başlaması heç bir əhəmiyyət kəsb etmir:

"Düşünürəm ki, münaqişənin necə başlaması vacib deyil. Əsas olan insan taleyidir, münaqişəyə görə canlarından keçən gənclərin həyatıdır. İstəyirəm ki, bu sözlərin Azərbaycana çatsın”. 

Mesaj ünvanına çatdı... Şəhid bacısının Paşinyanın arvadına cavabı

Oxu.Az-ın redaksiyasına Qarabağ müharibəsində döyüşən iki qardaşın bacısı müraciət edib. 

"Anna Akopyana müraciət etmək istəyirəm. Siz alnından güllə yarası alan 3 yaşlı körpəsini əlində tutan ananın acısını təsəvvür edə bilərsiz? Bilirsiz ki, Xocalıda qətlə yetirilmiş azərbaycanlı qadın və uşaqların cəsədləri təhqir edilib?

Bununla bağlı videokadrlar, şəkillər var. Əgər Qarabağ münaqişəsinin necə başlamasının vacib olmadığını deyirsizsə, bu məsələdən xəbərdarsız. Əlbəttə, bu, sizin üçün vacib deyil. Çünki, siz təcavüzkarsız. Başqasının torpaqlarını işğal etmisiz. Siz günahsız insanları öldürmüsüz və öldürməkdə davam edirsiz. 

Siz sülh deyirsiz? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar? Siz 27 il müddətində göz yaşları ilə oyanmanın nə olduğunu bilirsiz? Xeyr. Amma mən bilirəm.

1992-ci il oktyabrın 18-də erməni işğalçıları Azərbaycanın Qubadlı rayonuna hücuma keçiblər. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşım Rahim Xavər oğlu Alışov erməni gülləsinə tuş gəlib. O, mənim qollarında 3 uşağını qoyaraq, vətən uğrunda şəhid oldu. 

Bu uşaqlar sizi necə bağışlaya bilərlər? "Google”da axtarış verin: "Balaca Zəhranın qətli” və başa düşəcəksiz ki, sülhdən danışmaq sizin haqqınız deyil. 

Siz sülhdən danışırsız, ancaq oğlunuz işğal etdiyiniz və Ermənistan Silahlı Qüvvələrinin vaxtaşırı dinc Azərbaycan kəndlərinə diversiya həyata keçirdiyi Qarabağ bölgəsində xidmət edir.

Qadın böyük qüvvədir. Yarımmistik ifadələr danışmaqdansa, blok yaradılması təşəbbüsü ilə çıxış edin: "Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq”. Əmin edirəm ki, Ermənistanda sizi dəstəkləyəcək çox sayda qadın və əsgər anası var”...

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın yeni görüntüləri  - VİDEO
Siyasət 11:13
Qarabağın yeni görüntüləri - VİDEO
Natəvan Qədimova nazir təyin edildi
Siyasət 10:50
Natəvan Qədimova nazir təyin edildi
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi
Siyasət 09:15
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… Rəsmi
Azərbaycanda yeni nazir müavini təyin edildi
Siyasət 09:05
Azərbaycanda yeni nazir müavini təyin edildi
Şəhidimiz izdihamla dəfn edildi – Foto
Siyasət 08:44
Şəhidimiz izdihamla dəfn edildi Foto
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Siyasət 06:39
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Usubov yeni rəis təyin etdi
Siyasət 06:10
Usubov yeni rəis təyin etdi
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Siyasət 05:26
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Siyasət 03:57
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol