• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Zakir Həsənov təlimləri izləyib - FOTOLAR

Zakir Həsənov təlimləri izləyib - FOTOLAR
28.05.2020 18:14

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün noyabrın 13-də başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Hərbi Dəniz Qüvvələrində olub.

ANN.Az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə  görə, Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov nazirliyin rəhbərliyini qarşılayaraq təlimlərin ssenarisinə əsasən keçiriləcək mərhələlər, görülən işlər haqqında məruzə edib.

Müdafiə naziri təlimlərə cəlb edilən gəmilərin şəxsi heyəti ilə görüşüb, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb, hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, eyni zamanda təlimlərin ssenarisinə uyğun tapşırıqların yerinə yetirilməsini izləyib.

Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

Sonda gəmilər açıq dənizə çıxış tapşırıqlarını icra ediblər.

Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq gəmiləri cəlb edilib.

Üç mərhələdə həyata keçiriləcək təlimlər noyabrın 17-dək davam edəcək.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobus zolağında hərəkət edən“Ferrari” saxlanılıb
Cəmiyyət 11:40
Avtobus zolağında hərəkət edən“Ferrari” saxlanılıb
Bu il Qarabağda 65 min hektar ərazi minadan təmizlənəcək
Cəmiyyət 11:33
Bu il Qarabağda 65 min hektar ərazi minadan təmizlənəcək
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Ötən il 31 məktəbdə təmir işləri tam başa çatıb
Cəmiyyət 11:26
Ötən il 31 məktəbdə təmir işləri tam başa çatıb
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Cəmiyyət 11:21
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Ölkədə işsizlərin sayı açıqlanıb
Cəmiyyət 11:11
Ölkədə işsizlərin sayı açıqlanıb
Cinayətdə şübhəli bilinən64 nəfər saxlanılıb
Cəmiyyət 10:45
Cinayətdə şübhəli bilinən64 nəfər saxlanılıb
Azərbaycanda vəkillərin sayı açıqlanıb
Cəmiyyət 10:43
Azərbaycanda vəkillərin sayı açıqlanıb

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol