• $
  • £

Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi - FOTOLAR

Azərbaycanlı oliqarxlar ölkəyə
08.08.2018 15:04
Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.

Anews.az xəbər verir ki, unikal.org-un Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.

Hazırda bu ilin sonuna kimi də 10 yaxın avtomobil lüks və konfortlaşdırıldıqdan sonra Azərbaycana göndərilməsi sifarişi verilib.

Qeyd edək ki, şirkət lüks ve konfortlaşdırdığı ən ucuz avtomobilin dəyəri 100 min dollardır.

Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və konfortlaşdırılmış avtomobil ixrac edilib. Ən çox lüks və konfortlaşdırılmış avtomobillər "Mercedes” markasındadır.

Şirkət "V Class”, "Sprinter”, "Maybach”, "Volkswagen Caravella”, "Crafter" və "Cadillac Escalade" modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.

Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol