• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Amerikalı vəkillər Araz və Emin Ağalarovları tapa bilmir

Amerikalı vəkillər Araz və Emin Ağalarovları tapa bilmir
08.08.2018 18:22
Bu həftənin əvvəllərində Nyu-Yorkun Manhetten federal məhkəməsinin hakimi Con Koytl Demokratlar partiyasının Milli komitəsinin vəkillərinin rusiyalı oliqarx Araz Ağalarova məhkəməyə çağırış təqdim edilməsinin üsulu barədə vəsadətini təmin edib. Virtualaz.org BBC rus xidmətinə istinadən xəbər verir ki, bu çağırış Demokratlar partiyasının aprel ayında qaldırdığı mülki iddia ilə bağlıdır. 

İddiada cavabdehlər qismində Rusiya, onun Baş Kəşfiyyat İdarəsi (QRU), ABŞ prezidenti Donald Tramp və onun böyük oğlu, seçki qərargahının keçmiş rəhbəri Pol Manafort, "WikiLeaks” saytı və bir çox digər şəxslər, təşkilatlardır. İddiaçı tərəf cavabdehləri cinayət əlaqəsinə girərək ABŞ-da 2016-cı il prezident seçkilərinin nəticələrinə təsir etməkdə günahlandırır. Cavabdehlər sırasında Araz və Emin Ağalarovlar da var.


Hakim Koytl məhkəmə perspektivi çox aşağı olan bu iddianı baxılmaq üçün qəbul edib. İşin məhkəmə perspekti ona görə aşağıdır ki, iddia ərizəsinin surətini cavabdehlərə, xüsusən də Rusiyada olanlara təqdim etmək mümkün deyil.

İddiaçıların vəkilləri deyiblər ki, Araz Ağalarovun developer şirkətinin saytının "kontaktlar” bölməsində ancaq onun poçt və elektron ünvanını tapıblar. İddiaçılar Araz Ağalarovun şəxsi poçt ünvanını nə Rusiyada, nə Azərbaycanda müəyyən edə bilməyiblər.

Məhkəmə kuryeri Ağalarovlara iddia ərizəsinin surətini və məhkəməyə çağırışı onun Floridadakı mülkündə təqdim etməyə çalışıblar. Lakin mühafizəçi deyib ki, ev sahib son iki ildə cəmi iki dəfə burada olub.

Rusiya isə iddia ərizəsinin cavabdehlərə təqdim edilməsi məsələsində kömək göstərməkdən imtina edib. Hərçənd Haaqa konvensiyasına görə bunu etməyə borcludur. Habelə Rusiya tərəfi poçtla göndərilmiş çağırışın qanuniliyini tanımır.

Vəkllərin dediyinə görə başqa məsələlərlə bağlı Ağalarovların maraqlarını müdafiə edən vəkil Skott Balber Eminə ünvanlanmış iddia ərizəsini qəbul edib, amma onun atasına ünvanlanmış ərizəni götürməyib. Nəticədə iddiaçılar hakimdən xahiş ediblər ki, iddia ərizəsinin sonradan Ağalarova elektron poçtla göndərilməsi üçün  Balberə şəxsn təqdim edilməsi səlahiyyətini versin. Koytl bu xahişi təmin edib və "Demokratlar Rusiyaya qarşı” işində cüzi irəliləyiş əldə edilib.

Həmin iddia ərizəsində Ağalarovlar barədə bir neçə səhifə yer alır. Bu hissədə 216-c il iyunun 9-da Nyu-Yorkdakı "Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə Trampın oğlu arasında Emin Ağalarovun vasitəsi ilə təşkil edilmiş görüşdən bəhs edilir. Həmin görüş Veselnitskayanın Hillari Klinton barəsində kompromatları çatdırması üçün təqdim edilmişdi. Kompromatları isə Eminin bildirdiyi kimi onun atası "baş prokuror Çaykadan” almışdı.

Bu epizod üzrə Emin Ağalarovu Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller də axtarır. Amma Emin Amerikaya gedib ifadə verməkdən imtina edib. Müllerin komandası isə Rusiyaya getmək istəmir. Tərəflər ifadənin harada alınacağı barədə razılıq əldə edə bilmirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol