• $
  • £

İsmayıllıda müəmma - VİDEO

İsmayıllıda müəmma - VİDEO
09.08.2018 10:36
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzləri sanki kəsilərək yararsız hala salınıb. Nəticədə heyvanların süd vermək qabiliyyəti itib. Malqaranın süd vəzlərinin kimlər tərəfindən kəsildiyi və ya hansısa xəstəlik nəticəsində yararsız hala düşdüyü bilinmir.
 
Anews.az bildirir ki, sakinlərin sözlərinə görə, müəmmalı hadisə son 10 gün ərzində baş verib. Xəsarət alan inəklərdən südlük heyvan kimi istifadə etmək mümkün olmadığına görə fermerlər çıxılmaz vəziyyətdə qalıb. Həmin heyvanların qiyməti kəskin aşağı düşdüyü üçün onları satmaq da mümkün olmur.

Fermerlər məsələ ilə bağlı baytarlıq idarəsinə müraciət ediblər. Rayonun baş baytarı Barat Şahaliyev deyib ki, Girk kəndində yaralı heyvanlara baxış keçirilib, qan analizi və heyvanlardan lazımi nümunələr götürülüb. Hazırda nəticələri gözləyirlər.

Girk kəndində baş verən olayla bağlı İsmayıllı rayon Polis Şöbəsindən şifahi olaraq bildirildi ki, sakinlərin müraciəti əsasında araşdırma aparılır. /xezerxeber.az/

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol