• $
  • £

Sayğaclara müdaxilə niyə mümkün deyil?

Sayğaclara müdaxilə niyə mümkün deyil?
11.08.2018 21:23
Teleqraf.com xəbər verir ki, bunu "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə iyul ayı abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Azərişıq” ASC-nin quraşdırdığı sayğaclara ancaq fiziki müdaxilə etmək olur: "Sayğacın üzərində tarif quruluşunu dəyişmək olar. Çünki bu, multitarif rejimindədir. Elektron sayğaclarda abonentlər tarif quruluşunu, kilovatt, saat hesabını özü hesablaya bilir. Abonentlərə tövsiyə edirik ki, bir saat ərzində istehlak etdikləri elektrik enerjisini sayğacla uyğunlaşdırsınlar.

Bunun üçün göstəriciyə baxıb, hansısa bir vərəqdə bu rəqəmi qeyd etsinlər. Bir saatdan sonra göstəricinin dəyişmə dinamikasını yenidən qeyd edirik. Arada yaranan fərq sizin bir saat ərzində istifadə etdiyiniz elektrik enerjisidir.

Bu prinsiplə yoxlanmış, yaxud öz büdcəsini planlaşdıran abonentlərdə problem yaranmır. Çünki həmin insanlar saatlıq sərfiyyatını bilir. Öncədən ödəməli sistemə malik olan sayğaclarda isə belə hal müşahidə olunmur. Çünki abonentlər sayğaclarına öncədən vəsait yükləyirlər”.
Araz Məmmədzadə əlavə etdi ki, sayğaclar xüsusi şifrələnmiş qaydada oxunur:

"Sayğacların yaddaşında "hadisələr jurnalı” deyilən hissə var. Bir saatlıq, həftəlik,aylıq, yarım illik və illik göstəricilər, sərfiyyat, istehlak orada öz əksini tapır. Hətta enerji kəsilmələri belə orada qeyd olunur. Həmin yaddaşı oxumaqla bütün məlumatları əldə edə bilirik. Son günlər sayğaclardan şikayətlənən abonentlərin müraciətinə əsasən yerlərdə çox olduq. Sayğaclar yoxlanıldı, amma qüsur aşkarlanmadı.

Ümumiyyətlə, smart, elektron rəqəmsal sayğacların hamısının bir standartı var. Funksiyalar fərqli olsa da, onlarin yeganə işi elektrik enerjisinin miqdarını hesablamaqdır. Təqdim olunan sayğacların hər biri beynəlxalq standartlara cavab verir. Hər birinin ölkə standartlarına uyğunluq sertifikatı var.
İstismardan öncə həmin sayğaclar "Azərişıq” ASC-nin laboratoriyasında bütün parametrlərinə görə yoxlanılır. Bu yoxlamalarda Standarlaşma İnstitutunun nümayəndələri iştirak edir və öz yoxlamalarını təsdiqləyən möhürlə sayğacları təsdiqləyirlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol