“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…”
ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib.
Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında yer verib. Kitabdan seçmələri "The Washington Post” qəzeti yer verib.
Qəzet yazır ki, kitabda Tramp özünəvurğun və rasist biri kimi təsvir edilir. Lakin Ağ evin mətbuat katibi Sara Sanders kitabda yazılanları "yalan və uydurma” adlandırıb.
Lakin 2018-ci ilin iyun ayının əvvəllərində "Politico” qəzeti Ağ ev dəftərxanasının keçmiş əməkdaşlarına istinadən yazmışdı ki, Tramp rəsmi sənədləri xırda hissələrə cırmağı xoşlayır. Sonradan bu sənədləri Ağ evin əməkdaşları skotçla yapışdırıb bərpa etməli olurlar. Çünki sənədlər arxivdə saxlanılmalıdır. "Hərdən kağızı ortadan iki cırır, hərdən isə elə xırda hissələrə bölür ki, konfetti kimi görünür”-mənbə bildirib.
(Virtualaz.org)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər