• $
  • £

Sürücüdən polisə maraqlı etiraf: “Pivə içmişəm”VİDEO

Sürücüdən polisə maraqlı etiraf: “Pivə içmişəm” – VİDEO
13.08.2018 15:54
"Təmiz hava” aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birgə tərdbirlər planına əsasən, Astarada reyd keçirilib. 

ARB TV xəbər verir ki, keçirilən reyd zamanı bir sıra avtomobillərdə atmosferə buraxılan zərərli qazların miqdarının normadan artıq olduğu və bəzi sürücülərin maşınlarını sərxoş halda idarə etdikləri müəyyən edilib.

Reyd zamanı sürücülük hüququ olmadan avtomobili idarə etmə, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi  və digər kobud qayda pozuntularına rast gəlinib.

İlqar Rəhimzadə - Astara RPŞ DYPB-nin rəisi: "Reyd zamanı kobud qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkar edilmişdi. Sərxoş vəziyyətdə avtomobili idarə edən, dövlət nömrə nişanı olmadan, əlavə avadanlıq quraşdıran nəqliyat vasitələrinin sürücüləri tərəfimizdən aşkar edilərək onlar barəsində inzibati protokol tərtib edilmişdi”.

Bir sürücü də maşınını sərxoş şəkildə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 

Elvin Manafov – sürücü: "Dostumun ad günü idi, orda yüngülvari qonaqlıq etdik. Gəldik maşını ustaya aparım, yol polisləri qabağımı kəsdilər, dedilər icazə olmaz. Üzürlü hesab edin, bağışlayarsız, pivə içmişəm”.

Həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülərə qarşı rayon ərazisində bu cür reydlər qarşıdakı vaxtlarda da keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol