• $
  • £

“Fədayəyə vaqon açarı tapanda ağlıma gəlməzdi ki...” - Bacısı

“Fədayəyə vaqon açarı tapanda ağlıma gəlməzdi ki...” - Bacısı
14.08.2018 17:26
Kriminal aləmin üzvü "Qoca" ləqəbli Etibar Məmmədovun və Əli Ağaminin dustaqların etap olunduğu xüsusi vaqondan qaçmasına köməklik etməkdə ittiham olunan Fədayə Laçının bu planda hansı rolu oynadığı bəlli olub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, onun ögey bacısı Telli Ağayeva istintaqa ifadəsində bu barədə danışıb.

Azərbaycan Dəmir Yolları İdarəsinin işçisi olan T. Ağayeva bildirib ki, Fədayə ilə münasibəti həmişə yaxşı olub: "Mən 2016-cı ildən Bakı-Tbilisi-Bakı istiqamətində vaqon rəisi işləyirdim. 2017-ci ilin oktyabr ayının əvvəllərində Fədayə  "WhatsApp"da mənə vaqon açarı lazım olduğunu yazdı. Dedi tanışının həyətində qəfəs var, onu açmaq üçün üçküng vaqon açarı lazımdı. Mən də tanışlardan soruşacağımı dedim. Bu söhbətdən sonra həmkarım Ədalət Zeynalovdan açarı tapmaqda köməklik etməsini istədim. Ədalətlə görüşəndə açarı mənə uzatdı, amma həmin gün Tiflisə gedəcəyim üçün Fədayənin gəlib götürəcəyini dedim. Ədalətin telefon nömrəsini Fədayəyə verdim. Mən reysdə olanda Fədayə mesaj yazıb açarı götürdüyünü dedi. Bakıya qayıdandan sonra Ədalət açarı götürməyə şübhəli, narkomana oxşayan bir adamın gəldiyini və buna görə başının ağrıyacağını dedi. Mən isə bacımın mənə ziyan verəcək bir iş görməyəcəyini bildirdim.

Həmin açara "trexqranka" deyilir, silindirik formada olur, içərisi üçküncdür. Bu açarla qatarda vaqonun hər yerini açmaq mümkündür. Biz işlədiyimiz dövrdə bu açarı heç vaxt rəsmi qaydada qəbul etməmişik. Mən Ukraynada Xarkov dəmiryolçularından həmin açarı pulla almışdım. Mən Fədayə üçün vaqon açarı tapanda ağlıma da gəlməzdi ki, kimsə ondan istifadə edib həbsdə olan şəxslərin qaçmasını təşkil edəcək".

Qeyd edək ki, "Qoca" saxlanılarkən silahlı müqavimət göstərdiyi üçün öldürülüb, Ə. Ağami isə saxlanılıb. Bu hadisə ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin vəzifəli şəxsləri də həbs olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol