• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

"Azərbaycan Surət Hüseynova görə 3 rayonu itirdi" - Koçaryanın ifadəsi

16.08.2018 16:47
Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində çıxarılmış 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılarkən Apellyasiya Məhkəməsində etdiyi çıxışda Azərbaycanda Surət Hüseynovun 1993-cü ildə qaldırdığı hərbi qiyamdan bəhs edib və bunu 2008-ci ildə Ermənistanda baş verənlərlə müqayisə edərək nümunə gətirib.
 
AzVision.az "Aysor.am”a istinadən xəbər verir ki, bu barədə Robert Koçaryanın vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2008-ci ilin 23 fevralında Koçaryanın verdiyi "0038” nömrəli məxfi əmrdə qoşunların dinc nümayişçilərə güc tətbiq etməsi nəzərdə tutulmamışdı. 

"Robert Koçaryan sadəcə olaraq ölkənin silahlı qüvvələrinin siyasi proseslərə qarışmaması və müdaxilə etməməsi üçün belə bir əmr vermişdi”, – deyə Alumyan vurğulayıb. Bu mənada o, həmçinin, Koçaryanın məhkəmədəki çıxışından bir hissəni ictimaiyyətə təqdim edib. 

"Koçaryan məhkəmə bildirdi ki, bizim əlimizdə özümüzün olmasa da, düşmənimizin təcrübəsi var. Bu hansı təcrübədir? Azərbaycanda 1990-cı illərin əvvəllərində silahlı qiyam qaldırmış Surət Hüseynov adlı hərbi xadim var idi. O, Silahlı Qüvələrdə müəyyən nüfuza malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu və ordunun bir hissəsini hakim rejimə qarşı çevirdi. Qoşunlar Gəncədən Bakıya doğru istiqamətləndi. 

Koçaryan məhkəmədə bildirdi ki, "biz bunun necə baş verdiyini gördük”. Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin davranışları üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma həmin müddət ərzində Azərbaycan üç rayonunu itirdi. Məhkəmədə Robert Koçaryan dedi ki, biz 2008-ci ildə oxşar vəziyyəti özümüzə rəva görə bilməzdik. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, O, fevralın 23-də verilən "0038” nömrəli məxfi əmrə adi idi”, – deyə Allumyan bildirib.

Qeyd edək ki, bu çıxışı ilə Ermənistanın sabiq prezidenti həm də Azərbaycan torpaqlarını işğal etmələri faktını təsdiqləmiş olub. 

Alumyan onu da bildirib ki, əgər Koçaryan ikinci dəfə həbs olunsa, o zaman Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər. 

Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Makael Arutyunyan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol