• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

"Rusiya ilə bu dildə danışmaq olmaz" - İrəvana ciddi xəbərdarlıq

17.08.2018 12:11
Ermənistanın ikinci prezidenti Robert Koçaryan"Yerkir Media” telekanalına müsahibə verərək böyük siyasətə geri dönməsinin səbəblərini açıqlayıb.
 
AzVision.az xəbər verir ki, Koçaryan müsahibəsində nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən narahat olduğunu bildirib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hökuməti mövcud vəziyyətə nəzarət edə bilmir və bütün təhdidləri adekvat qiymətləndirməyi bacarmır.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlıq keçirməsilə bağlı bəyanatına cavab olaraq baş nazir Nikol Paşinyanın "Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə uyğunlaşmalıdırlar” - deyə səsləndirdiyi fikirləri şərh edən Koçaryan bunu ciddi səhv adlandıraraq, Rusiya ilə bu dildə danışmağın yolverilməz olduğunu vurğulayıb. 

"Dünyaya Ermənistandakı yeni vəziyyətə uyğunlaşmalısan, bəyan etmək nə deməkdir? Bəs Rusiya uyğunlaşmalıdır demək nədir? Bu hökumət real təhdidləri və geosiyasi vəziyyəti təsəvvür etmir. Sadəcə bəyanatlar verir, amma təcrübədə isə biz başqa addımların atıldığını görürük. Bu cür məsələlərlə zarafat etmək olmaz. Rusiya ilə bu cür danışmaq olmaz”,– deyə Koçaryan bildirib. 

Bu mənada o, hazırkı hökumətin Ermənistanın imicinə zərbə vuran və ölkəni potensial təhlükələrlə üzləşdirən davranışlarını təcrübəsizliklə əlaqələndirib. Koçaryan, həmçinin bəyan edib ki, əgər ikinci dəfə həbs olunarsa "yeni Ermənistanın ilk siyasi məhbusu” olacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol