1 manatlıq taksilər LƏĞV OLUNA BİLƏRMİ?

Son dövrlər Bakıda qəsəbələr arası işləyən 1 manatlıq taksilərin ləğv ediləcəyi ilə bağlı iddialar irəli sürülür. Həqiqətəndə 1 manatlıq taksilər ləğv edilə bilərmi?
Bununla bağlı BiG.AZ-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin artırılması bizim agentliyinin əsas hədəflərindəndir: "Bununla bağlı iş aparılır. Bakıya uyğun şəhərlərin təcrübəsi öyrənilir. Məqsədimiz taksi xidmətinin keyfiyyətini artırmaqdır”.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov vurğulayıb ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər Bakı Nəqliyyat Agentliyindən qeydiyyatdan keçməlidir: "Taksi sürücüləri qanunda tələb olunan şərtlərə cavab verməlidir. Onların hərəkəti, dayanması istiqamətləri ilə bağlı tələblər Bakı Nəqliyyat Agentliyi müəyyənləşdirir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 