• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Deputat benzinin bahalaşmasından danışdı: "Yaxın günlərdə A-92-nin ..."

Deputat benzinin bahalaşmasından danışdı:
29.05.2020 04:19
"Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95” və "Super Euro-98” markalı yanacaqdan istifadə etdiyi üçün xidmət sahələrinə benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək".

Unikal.org-a açıqlamasında bu sözləri Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili  Aydın Hüseynov deyib.Millət vəkili əlavə edib ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır:

"Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Ölkəmizdə ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir.Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir.Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək".

Millət vəkili Aydın Hüseynov "A-92" növ benzin və dizelin bahalaşmayacağını bildirib:

"Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil.Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm.Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol