• $
  • £

Bu tarixdən dizel və “Aİ-92″ markalı benzin bahalaşacaq - Qubad İbadoğlu

Bu tarixdən dizel və “Aİ-92″ markalı benzin bahalaşacaq - Qubad İbadoğlu
22.08.2018 16:02
"Benzinin son bahalaşmasından yazmadım, çünki mənim əvvəldən super, premium, VİP, biznes klass, star, royal, king, imperial kimi təmtəraqlı adlarla başlayan məhsul və xidmətlərdən xoşum gəlmir.
 
Həmişə sadəsinə üstünlük verirəm, maşınım olanda da ən ucuz Aİ-92 markalı benzindən istifadə edirdim. Odur ki, "Premium Euro-95”, "Super Euro-98″ markalı benzinin qiymət bahalaşmasını nə şəxsi, və nə də ictimai mənada əhəmiyyətli hesab etmirəm. Özləri bilərlər, satan da onlardır, alan da”.

Unikal.org xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu bahalaşma növbəti qiymət artımları üçün keçid rolunu oynayacaq: "Belə ki, bir müddət sonra "Aİ-92” markalı benzin və dizel yanacağı da bahalaşdırılacaq. Gözləntilərə görə, bu, payıza təsadüf edəcək. Fikrimcə, bunun üçün ən azı 4 səbəb əsas kimi gətirilə bilər:

1. Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılması. Beləliklə də Azərbaycanda avtomobillərin istehlak etdiyi bütün növ yanacaq idxal məhsulu sayılacaq və bahalaşma dünya bazarı ilə əlaqələndiriləcək.
2. Avtomobil yanacağının müxtəlif növləri arasında qiymət fərqinin böyüməsi. Hazırda dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda son dövrdə dizel yanacağının istehlakı da artıb.
3. Avtomobillərin idxalının artımı. Bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub, idxal 4468-dən 11700 qalxıb.
4. Postsovet regiondan olan qonşu dövlətlərdəki qiymətlərlə müqayisə. Belə müqayisələr qüsurludur. Əslində daha düzgün müqayisə orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyətidir. Bu müqayisəyə görə, orta aylıq əmək haqqına Almaniyada 3000 litr, İranda 1840 litr, Rusiyada 1003 litr, Qazaxıstanda 920 litr, Belarusda 679 lirt, Gürcüstanda 495 litr, Türkiyədə 485 litr, Azərbaycanda isə 350 litr keyfiyyətli benzin almaq olar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol