• $
  • £

“Lotu Quli” ilə bağlı yeni XƏBƏR

“Lotu Quli” ilə bağlı yeni XƏBƏR
24.08.2018 10:56
Kriminal aləmdə "Lotu Quli” adı ilə tanınmış 45 yaşlı azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Çernoqoriyada saxlanılması barədə xəbər Rusiyanın məşhur "Praymkraym” saytı tərəfindən də təsdiqlənib.

Unikal.org xəbər verir ki, adı çəkilən saytın məlumatına görə, "Lotu Quli” saxlanılıb, amma bir gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Həmin məhkəmə "Lotu Quli” ilə birgə saxlanılan qohumu Məhəmməd Qurbanovun isə Rusiyaya ekstradisiyası barədə qərar qəbul edib.

Hər iki şəxs Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin xətti ilə beynəlxalq axtarışa verilib. Səlifov və Qurbanov Rusiyada adam qaçırma maddələri ilə ittiham olunurlar.

Ümumiyyətlə, 45 yaşlı "qanuni oğru” "Lotu Quli”nin adında qeyri-rəsmi olaraq Rusiyada bir sıra cinayətlər yatır. Ən maraqlısı isə bu qeyri-rəsmi cinayətlərin Səlifov tərəfində Azərbaycanda həbsdə olduğu müddətdə işləndiyi iddia olunur.

"Praymkraym”ın məlumatına görə, "Lotu Quli” ümumiyyətlə qanun və digər hər şeyə laqeyd yanaşması ilə tanınır. Belə ki, instintaqın iddiasına əsasən, o, öz "qurbanları”na hətta həbsdən belə şəxsən zəng etməkdən çəkinmirmiş.

Nadir Səlifovun digər ölkələrdə saxlanılması isə daha maraqlı bir mövzudur. İnterpol-un məlumatına görə, o, mayın əvvəlində Birləşmiş Ərəb Əmitliklərində saxlanılıb. Təbii ki, bir müddət sonra yenidən azadlığa buraxılıb. Rusiya tərəfi isə onun azadlığa buraxılmasının səbəbləri barədə hələ də cavab ala bilməyib. Bundan əvvəl isə həbsdən azad olunandan sonra Səlifov Türkiyəyə üz tutub. Keçən ilin oktyabrında o, Türkiyədə qeydə alınsa da, yenə də Rusiya DİN-nin böyük təkidlərinə baxmayaraq, həbs edilməyib.

"Lotu Quli”nin Çernoqoriyada olması ilə bağlı bəzi iddialar ortaya atılıb. Bu iddialara görə, burada onun 23 illik həbsdən sonra azadlıqda ilk ad günü münasibəti ilə "qanuni oğru”ların böyük "sxodka”sı planlaşdırılır.

Qeyd edək ki, digər "qanuni oğru”ların xaricdə həbs edilib sonradan Rusiyaya ekstradisiyası fonunda Nadir Səlifovun azadlığa buraxılması onun avtoritetinin necə artdığını göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol