• $
  • £

Kriminal avtoritet nişanəsi: zibil qutusundan tapılan baltalanmış əl kimə məxsusdur?

Kriminal avtoritet nişanəsi: zibil qutusundan tapılan baltalanmış əl kimə məxsusdur?
24.08.2018 16:49
Bakının Bülbülə qəsəbəsində zibil qutusundan balta ilə kəsilmiş və nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Suraxanı Rayon Polis İdarəsindən Sputnik.az-a bildirilib ki, əl sahibinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Hüquq müdafiəçisi Eldar Zeynalov deyir ki, təkadamlıq kamerada cinayət aləminin "başçıları” – avtoritetlər otururlar. Hansı ki, onları digər cinayətkarlardan belə təcrid edirlər.

Meyitin bütün əzaları aşkar olunmadığından əməliyyat-istintaq qrupu hələlik bununla bağlı nəsə deməyə çətinlik çəkir.

Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Cəmiyyət 11:15
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 10:43
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 10:09
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Video
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol