• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

İlham Əliyev qanunu imzalayıb

İlham Əliyev qanunu imzalayıb
25.08.2018 16:10
Azərbaycan Prezidenti İlham Əliyev "Məşğulluq haqqında” qanunu imzalayıb.

Unikal.org xəbər verir ki, 6 fəsil, 37 maddən ibarət qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

Yeni qanunda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilib.

Qanunda özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Sənədə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.

İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

Qanunda işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. Bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

"Məşğulluq haqqında” qanun layihəsinin 31-ci ("Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı) maddəsinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.

"Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi "Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Bu Qanun qüvvəyə mindiyi gündən "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli Qanunu ləğv edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev yanğın baş verən ərazidə
Siyasət 11:47
İlham Əliyev yanğın baş verən ərazidə
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Siyasət 11:43
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Siyasət 08:50
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Qarabağda erməni əsgər məhv edildi
Siyasət 08:48
Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
Siyasət 08:46
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Siyasət 06:07
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Hərbi xidmətlə bağlı dəyişiklik
Siyasət 05:55
Hərbi xidmətlə bağlı dəyişiklik
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Siyasət 05:34
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Siyasət 03:50
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol