• $
  • £

Bakıda otel sahibi həbs olundu

Bakıda otel sahibi həbs olundu
27.08.2018 10:42
Bakıda otel rəhbəri 4 milyon dollarlıq borca görə həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov "AccesBank"ın şikayəti əsasında saxlanılıb.

Onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.
Ş.Əhmədov 2013-cü ildə "AccesBank"dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb. 
Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. "AccesBank"ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində  "Neapol"un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir. 

Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində  təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib. 

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb. 
Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol