Sarkisyan böyük səhv etdi - Koçaryan
"Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir kreslosuna əyləşərək öz hakimiyyətini uzatmağa cəhd etməməli idi"
AzVision.az xəbər verir ki, bunu Rusiyanın NTV telekanalına müsahibəsində Ermənistanın ikinci prezidenti, yenidən siyasi fəaliyyətə qoşulan Robert Koçaryan deyib.
Onun sözlərinə görə, Sarkisyan konstitusiya islahatı keçirməməliydi.
"O zaman mən də konstitusiya islahatını ictimai şəkildə tənqid etdim. Və əlbəttə ki, o (Serj Sarkisyan – red.) baş nazir kreslosuna əyləşməklə hakimiyyətini saxlamağa cəhd etməməliydi”, – deyə Koçaryan Sarkisyanın səhv etdiyini vurğulayıb.
www.anews.az