• $
  • £

Ağdamın yeni icra başçısı kimdir?Tərcümeyi-hal

Ağdamın yeni icra başçısı kimdir? – Tərcümeyi-hal
29.08.2018 13:17
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vaqif Həsənovun tərcümeyi-halı bəlli olub.

Axar.az xəbər verir ki, Vaqif Bəhram oğlu Həsənov 1959-cu ildə Ağdam şəhərində doğulub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1977-ci ildə Bərdə kolxozlararası tikinti idarəsində fəhlə işləyib. 1977-79-cu illərdə hərbi xidmət keçib, 1980-cı ildən 1987-ci ilə qədər "26 Bakı komissarı” adına NQÇİ-də elektrik çilingəri kimi çalışıb.

1987-1989-cu illərdə "26 Bakı komissarı” adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatında katib, 1991-ci ilə qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dinləyici kimi çalışıb.

Daha sonra "26 Bakı komissarı” adına NQÇİ-nin partiya komitəsində katib, Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbə rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı rəisi, H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsində rəis, Nərimanov adına NQÇİ rəisinin ümumi məsələlər üzrə müavini olub.

2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol