• $
  • £

İşsizlərə ŞAD XƏBƏR5 günə işlə təmin edilə bilərlər

İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə təmin edilə bilərlər
29.08.2018 15:53
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Məşğulluq haqqında” yeni qanundakı dəyişikliklərlə bağlı açıqlama verib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb.

Muzdla işləyənlərə yalnız Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib.

Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub.

Həmçinin "işsiz” və "işaxtaran” şəxslər anlayışları da dəqiqləşdirilib, yəni işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilib.

İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub.

İş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə azaldılmaqla, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və s. prosedurlar qanunda dəqiq şəkildə müəyyən edilib.

Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.

Yeni qanuna "Fərdi məşğulluq proqramı” maddəsi də daxil edilib. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol