• $
  • £

Gizli söhbətlər üzə çıxdı: Yeltsin Putin haqqında Klintona nə deyib?

Gizli söhbətlər üzə çıxdı: Yeltsin Putin haqqında Klintona nə deyib?
29.05.2020 10:47
ABŞ-da Yeltsinlə Klintonun Putin barəsində nə danışdıqları dərc olunub.

"A24.az” "gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezident kitabxanasının saytında məlumat verilib.

Məlumatda keçmiş ABŞ prezidenti Bill Klintonun bütün danışıqları, həmçinin teelfonla olan söhbətləri yayımlanıb. Klintonun Yeltsinlə olan danışıqları isə 1993-1999-cu illər arasında olub. Belə ki, Yeltsin ikinci prezidentlik dövrünün sonlarında – 1999-cu ilin sentyabrında yerinə kimi varis seçdiyi haqda məlumat vermək üçün Klintona zəng edib. Danışıq zamanı Yeltsin bildirib ki, Klinton bir neçə gündən sonra Vladimir Putinlə tanış ola biləcək. Və seçdiyi varisin şəxsiyyəti haqqqında ona qısa məlumat da verib.

Rusiyanın birinci prezidentinin sözlərinə görə, 2000-ci ildə Rusiya prezidentinin kim olacağını düşünmək üçün uzun müddət bu barədə fikirləşib. Nəhayət, o Putinlə rastlaşıb və onun tərcüməyi halı, maraqları, ətrafı və digər işləriylə tanış olub.

Yeltsin qeyd edib ki, Putin etibarlı adamdır və ətrafda baş verənlərə nəzarət və idarə edən biridir. Bundan başqa Yeltsin Klintonun diqqətinə çatdırıb ki, varisi hərtərəfli, güclü və çox ünsiyyətcil, insanlarla asanlıqla gözəl münasibət qura bilən birisidir. "Putin sərt və daxili gücüylə qalib olacaq və işi yerində həll edəcək. Putin  Yeltsinin yürütdüyü demokratiya və iqtisadiyyat xəttini davam etdirəcək və buna müvəffəq olmaq üçün onun enerjisi və ağlı var”.

Son olaraq, Yeltsin Klintonun Putinin çox yüksək səviyyəli tərəfdaş olduğunu və 2000-ci ildə keçirilən seçkilərdə ruslar tərəfindən dəstəklənəcəyini söyləyib.

Qeyd edək ki, 1999-cu ilin avqust ayında Yeltsin Baş nazir Serqey Stepaşini istefaya göndərərək yerinə Vladimir Putini təyin edir. Onun sözlərinə görə, yeni Baş nazirin bacarıq və qabiliyyətini nəzərə alaraq Putini müvəqqəti Nazirlər Kabinetinin sədri və Rusiya hökumətinin birinci müavini təyin  edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol