• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Azərbaycanın xaricdə açılan ilk şərab evi

Azərbaycanın xaricdə açılan ilk şərab evi
03.09.2018 17:30
Sentyabrın 2-də Çin Xalq Respublikasının Urumçi şəhərində "Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yaradılmış "Azərbaycan Şərab Evi” Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.

Açılış tədbirində çıxış edən Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çinin "YEMA İnternational” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab Evinin Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, Azərbaycan məhsullarının ixracının artırılmasına töhfə verəcəyini vurğulayıblar.

Tədbir çərçivəsində AZPROMO ilə Çinin YEMA şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycan şərablarına həsr olunmuş mətbuat konfransı keçirilib, şərabçılığın inkişafına dair təqdimat və video-çarxlar nümayiş etdirilib, Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

Qeyd edək ki, "Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol