• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində - FOTO

“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində - FOTO
28.05.2020 19:08

  “Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti cənab Trevis Heskesi Bakı Ali Neft Məktəbində olub və əməkdaşlıq proqramı çərçivəsində Ali məktəbin rəhbərliyi, müəllim-professor  və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib. 

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd edib ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin Emerson şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıraraq, rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

Öz növbəsində “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-nin rəhbərliyinə təşəkkür edərkən, bildirib ki, Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar ki, məhz bu tədris ocağını seçib, Ali Məktəbə qəbul olunma prosesinin bütün mərhələlərini aşaraq, təcrübəli mütəxəssislərdən və müəllimlərdən müasir və yüksək biliklər alma şansını əldə ediblər. Proseslərin avtomatlaşdırılması sahəsinin mütəxəssisləri gələcəyin sənayə müəssisələrin beyinləri olaraq, texnoloji proseslərin lazımi səmtdə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etməkdə əhəmiyyətli rol oynayırlar. T.Heskesi öz çıxışında həmçinin qeyd etmişdir ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. Bu baxımdan  “Emerson” şirkəti, başqa şirkətlər kimi dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə çəçivəsində də, BANM ilə əməkdaşlıq şirkətin ilk təcrübəsidir. 

Daha sonra Trevis Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənayə müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarəedilməsi haqqında geniş təqdimatla çıxış etdi. 

Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar. Bundan başqa BANM-in seçilən tələbələrin yay təcrübəsini Türkiyədə, Rusiyada və İsveçrədə keçirilmə şansları olduğunu iştirakçıların nəzərinə çatdırıldı.

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi BANM-də görməkdən məmnunluq ifadə etdi və tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə təşəkkür etdi. 

Xatırladaq ki, 2014-cü ilin iyul ayının 8-də BANM və “Emerson” şirkəti biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə əməkdaşlıq haqqında razılaşma əldə olunmuşdur.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobus zolağında hərəkət edən“Ferrari” saxlanılıb
Cəmiyyət 11:40
Avtobus zolağında hərəkət edən“Ferrari” saxlanılıb
Bu il Qarabağda 65 min hektar ərazi minadan təmizlənəcək
Cəmiyyət 11:33
Bu il Qarabağda 65 min hektar ərazi minadan təmizlənəcək
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Ötən il 31 məktəbdə təmir işləri tam başa çatıb
Cəmiyyət 11:26
Ötən il 31 məktəbdə təmir işləri tam başa çatıb
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Cəmiyyət 11:21
Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib
Ölkədə işsizlərin sayı açıqlanıb
Cəmiyyət 11:11
Ölkədə işsizlərin sayı açıqlanıb
Cinayətdə şübhəli bilinən64 nəfər saxlanılıb
Cəmiyyət 10:45
Cinayətdə şübhəli bilinən64 nəfər saxlanılıb
Azərbaycanda vəkillərin sayı açıqlanıb
Cəmiyyət 10:43
Azərbaycanda vəkillərin sayı açıqlanıb

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol