• $
  • £

Erməni ilə dostluq edən azərbaycanlı qız danışdı FOTOLAR

Erməni ilə dostluq edən azərbaycanlı qız danışdı – FOTOLAR
06.09.2018 14:25
Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.

Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:

"Axır ki, Karina ilə real həəyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər şey möhtəşəm keçdi”.

Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual həyatda dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb. Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.

Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib.

Anews,az Minval.info-ya istinadən xəbər verir ki, bu məsələnin qabardığını görən Ruslana hadisə ilə bağlı açıqlama verib. O, siyasi məsələlərin onların dostluğuna mane olmadığını bildirib: 

"Bizim adi fotomuzu bəzi şəxslər böyük problemə çevirdilər. Karina və mən siyasətə qarışmırıq, biz bloqerik. Eyni sahədə çalışırıq, təbii ki tez-tez qarşılaşacağıq. Üstəlik Karina çox yaxşı insandır, heç kimə pislik etməyib. Onun əlində olmayan bir şeyə görə Karinanı necə günahlandıra bilərəm? Çox gülməli adamlarsınız.

Biz onunla Ermənistanda, Azərbaycanda yox, ABŞ-da görüşmüşük. Dünyadan xəbərsizlər üçün bəlkə də bu yeni kəşf olacaq, amma bilin ki, başqa ölkələrdə düşmən ölkənin vətəndaşları bir-birilərini görəndə vəhşi kimi hücuma keçmirlər. Mən başa düşürəm, düşmən ölkənin vətəndaşı ilə üz-üzə gəlməyənlər bunu anlamayacaq, amma həqiqət budur.

Universitetdə rektorumuz erməni idi, mən düşmən olduğu üçün başqa rektor tələb etməli idim? ABŞ-da demək olar ki, bütün müəllimlərim ermənidir, dərslərini oxumamalıyam?

Rusiyada ermənilər və azərbaycanlılar dostluq edirlər, görüşürlər. Hətta İstanbulda da ermənilər var. Orada belə onlarla normal davranırlar. Bunlar həqiqətdir, gözünüzü açın! İnsanların dostluqları siyasətdən asılı deyil. Biz Karina ilə bu barədə ümumiyyətlə danışmırıq. O erməni olaraq öz fikrində qalır, mən azərbaycanlı olaraq öz fikrimdə… Bunlar bizə dostluq etmək, iş görməyə mane olmur. Normal, dünyagörüşlü insanlar belə düşünür”.

Qeyd edək ki Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir. Karina Kasparyants isə Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.
 











www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol