• $
  • £

Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?

Ermənistanda qalmaqallı həbslər davam edəcək - Putin razılıq verib?
28.05.2020 23:27
Rəsmi İrəvan 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində həbslərin davam edəcəyini və Rusiyanın narazlığının nəzərə alınmayacağını bəyan edib.
 
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı fikirlərini "Kommersant” nəşrinə müsahibəsində bildirib.

"2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Rusiya prezidenti Vladimir Putinin kifayət qədər yaxın dostu hesab edilən eks-prezident Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıldığı zaman Moskva aydın şəkildə bildirdi ki, bu, onun xoşuna gəlmir. Siz bu mövzuları Putinlə müzakirə etdinizmi? Nəzərə alsaq ki, Vladimir Putin Robert Koçaryanı avqustun 31-də ad günü münasibətilə telefonla təbrik etdi” sualına Paşinyan cavab verib:

"Vladimir Putin insani əlaqələri və münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Biz əlbəttə ki, bir çox məsələləri müzakirə etdik. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, cinayət məcəlləsinin pozulması faktı ilə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər cinayət məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
İranda mitinq keçirilən ərazidə partlayış olub
Dünya 14:00
İranda mitinq keçirilən ərazidə partlayış olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol