Xaricdə yaşayan azərbaycanlı milyaderlər və onların BİZNESİ
BiG.AZ saytı bu dəfə də xaricdə yaşayan azərbaycanlı milyaderlərin bir neçəsini təqdim edir:
-"Lukoyl”un prezidenti Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində doğulub. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian olub.
O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.
Ailəlidir, Yusif adlı bir oğlu var.
- İqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti "Krokus” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub.
O, 50-dən çox elmi işin, "Rossiya na puti k rınku" monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Şurasının üzvüdür. 2012-ci ildə Forbes jurnalının Rusiyanın "daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə Araz Ağalarov ikinci yeri tutur.
Araz Ağalarov 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi medalı” ilə təltif edilib.
Bundan əlavə 2013-cü ilin oktyabrın 29 Rusiya prezidenti Vladimir Putin Araz Ağalarovu "Şərəf” ordeni ilə təltif edib.
Araz Ağalarov İrina Ağalarova ilə evlidir. Çütlüyün iki övladı var (Emin və Şeyla Ağalarova).
- Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub.
O, bu gün Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdədir.
Onun üç uşağı var. Rus dilindən savayı ingilis və doğma Azərbaycan dilində sərbəst danışır.
Qeyd edək ki, o, Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub.
Qeyd edək ki, cütlük 1993-cu ildə ailə qurub. Fərhad Əhmədovun 3 uşağı var.
- Qod Nisanovn 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.
O, 2005-ci ildən "Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.
O, 4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Bundan əlavə Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.
Əmlak inkişafı ilə məşğul olan və Moskvada bir neçə ticarət mərkəzinə sahib olan Qod Nişanovun sərvəti 100 milyon dollar azalaraq 3.1 milyard dollara çatıb.
- 9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il 22 mart tarixində Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Valideynləri əslən Masallı rayonundandırlar. Mübariz Məsimov "Palmali” Şirkətlər Qrupunun sahibidir. Onun malik olduğu şirkət dünyada neft daşınmalarının həyata keçirilməsi ilə məşğul olur.
Mübariz Mənsimov həmçinin Azərbaycanın "Xəzər-Lənkəran” futbol klubuna da sahiblik edir.
Onun hazırki sərvəti 1.3 milyard dollar hesab edilir.
Mübariz Məsimov Tamara Mənsimova ilə evli olub. Cütlüyün bu nikahdan bir oğlu və iki qızı var. Bundan əlavə Azərbaycanda bir jurnalın rəhbəri olan sevgilisi Ülviyyə Qasımovadan da bir oğlu var.
- Rusiyada fəaliyyət göstərən yəhudi iş adamı Zarah İliyev 1966-cı ildə Qubada Qırmızı qəsəbədə dünyaya gəlib. Rusiyanın ən uğurlu iş adamlarından biri və 15 000 insanın daxil olduğu dağ yəhudilərinin Moskva icmasının rəhbəridir.
Qeyd edək ki, Zarah İliyev həm də Qod Nisanov onun ən yaxın tərəfdaşıdır. Qırmızı qəsəbədən qapı qonşu olan Qod Nisanov və Zarah İliyev dostluqlarını illər sonra mənfəətli biznes ortaqlığına çeviriblər. Onların ən uğurlu ortaq layihələrindən biri "Avropa" ticarət mərkəzidir. Təkcə 2012-ci ilin dekabrında mərkəzi 4,54 milyon insan ziyarət edib. Rekord isə 2009-cu ilin dekabrında qoyulub. Həmin vaxt mərkəzi 5,38 milyon insan ziyarət edib.
2017-ci ildə Forbes jurnalı Zarah İliyevin sərvətinin 3 milyard dollar olduğunu bildirib.
Evlidir və iki uşaq atasıdır.
- Azərbaycanlı milyarder, Rusiyanın "İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi” medalı və 2016-cı ilin iyununda İ.Xəlilov Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Bundan əlavə, İ.Xəlilov Azərbaycanın Rusiya ilə əlaqələrinin genişlənməsi sahəsində aktiv fəaliyyət göstərir. O, Azərbaycan-Rusiya işgüzar şurasının sədri olaraq şimaldan gələn hökumət üzvləri ilə görüşlərin daimi iştirakçısıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər