Bakı metrosunda gərgin anlar – qatarlardakı sərnişinlər boşaldıldı
Bakı metrosunun "28 May” stansiyasında "Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlardan birində nasazlıq yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, "Sahil” stansiyası ilə "28 may” stansiyası arasında hərəkət edən 8 saylı qatarda nasazlıq yaranıb. Nəticədə qatar platformada və sərnişinlər təxliyyə olunublar.
Təlimata uyğun olaraq, arxadan gələn qatar nasaz qatarı xəttən çıxarıb, depoya aparıb. Bu zaman həmin qatarın da içərisindəki sərnişinlər boşaldılıb”, - deyə B.Məmmədov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər